Xalq Mili Şuranın mitinqinə gedəcəkmi? (VİDEO)

10-10-2014, 22:32   
Xalq Mili Şuranın mitinqinə gedəcəkmi? (VİDEO)

Xalq Mili Şuranın mitinqinə gedəcəkmi? (VİDEO)
Paytaxt sakinləri “Yeni Müsavat”ın sorğusuna müxtəlif cavablar verdilər
“Müxalifətin mitinqindən xəbərim var. Amma mitinqə getməyəcəyəm. Çünki demokratiyadır. Mitinqə gedib-getməmək demokratik haqqımdır”. Bu sözləri Bakın sakini Abdulla Soltanov Milli Şuranın keçirəcəyi mitinqlə bağlı sorğumuzu cavablandırarkən bildirdi. Onun lakonik cavabından belə nəticə hasil olur ki, mitinq maraqsızdır.

“Azadlıq” qəzetini oxuyan başqa bir şəhər sakini Yafəz deyir ki, aksiyada iştirak haqda qərar verməyib: “Mənim özüm də Mütəllibovun vaxtında 30 sutka həbsdə olmuşam. Ona görə həbsxananın nə olduğunu yaxşı başa düşürəm. O uşaqları günahsız tutublar. Adamı heç bir günahı olmadan həbs edə bilirlər. Hər gün də bu qəzetləri oxuyuram. Müxalifətçi olduğuma görə yox, düzgün məlumatlar burda var deyə. Mitinq uzaqda olmasa gedəcəm”.
Sorğumuzu cavablandıran başqa bir şəhər sakini hesab edir ki, tutulanların buraxılmasına mitinqlə nail olmaq mümkün deyil: “Cənab prezidentimiz ölkənin yiyəsidir. Əgər istəsə, qol çəkər, onları buraxar. Amma mitinqdə iştirak etmək fikrim yoxdur”.
Gənc Nurlan Ağazadə mitinqlərin əvvəllər daha izdihamlı keçdiyini deyir: “İndi müxalifət zəifləyib. Amma dəstək verməliyik. Günahsız tutulan insanların azadlığını tələb etmək lazımdır”.

Tələbə Samir Paşayev də mitinqə getmək istəyindədir: “Mitinq olacağını feysbukdan öyrəndim. Dostlarım paylaşırlar. Mən də getmək istəyirəm. Burada hökumətin istefası tələb olunmur, heç bir sosial şüar da yoxdur. İnsanlar yığışıb sözünü deyir ki, günahsız tutulanları buraxın. Gecə-gündüz xarici qüvvələrin təzyiqi olduğunu danışırlar. Siyasi məhbusları azad elə ki, təzyiqlərdən də azad olasan”.

Siyasi məhbuslara dəstək mitinqindən xəbəri olan digər respondent Faiq isə aksiyaya icazə verilməsini hökumətin etirafı kim qiymətləndirir: “Deməli, siyasi məhbuslara azadlıq tələbi ilə mitinqə icazə verirsə, bu ölkədə siyasi həbslər olduğunu boynuna alır. Amma rəsmi çıxışlarda Azərbaycanda siyasi həbslər olmadığını deyirlər. Deməli var ki, mitinq keçirməyə icazə verilir. Mən mitinqə yəqin ki, gedəcəm. O insanlara həvəs vermək lazımdı. Onların ailələrinin gözü yoldadır. Bunu fikirləşməliyik. Sabah bizi də eyni bəla gözləyə bilər”.
Şəhər sakinləri arasında mitinqdən xəbərsizlər də az deyil. Ümumiyyətlə, iki saatdan çox zaman ərzində sorğumuza cavab verə biləcək 10-12 nəfər tapa bildik. Həm yaşlı, həm gənc nəsil sorğudan qaçır, müxalifətlə bağlı sualdan yayındırdılar. Onlar siyasi məhbusların kimliyindən belə məlumatsızdırlar. Hətta facebookdan istifadə edən gənclər arasında həmyaşıdlarının tutulmasından bixəbərlər var.

Qeyd edək ki, oktyabrın 12-də Milli Şura mitinq keçirəcək. Siyasi və vicdan məhbuslarına azadlıq tələbə ilə keçiriləcək aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə sanksiyalaşdırılıb. Metronun “İnşaatçlar” stansiyası yaxınlığındakı “Məhsul” stadionunda baş tutacaq mitinqə hazırlıq gedir.

Mitinqlə bağlı sosial şəbəkələrdə çağırış səhifəsi yaradılıb. Çağırışda deyilir: “Oktyabrın 12-si, saat 15:00-da Milli Şura "Siyasi məhbuslara azadlıq və repressiyalara son" şüarı ilə mitinq keçirəcək. Bu gün ölkəmizdə 100-dən artıq siyasi məhbus var və bu insanlar qondarma ittihamlarla həbs olunub. Özünü bu ölkənin vətəndaşı sayan, ədalətsizliyə etiraz edən, ölkənin taleyinə biganə qalmayan hər bir şəxs bu mitinqdə iştirakı borc bilməlidir. Çünki bu gün həbsdə olan insanlar bu millətin və dövlətin mənafeyini müdafiə etdikləri üçün hepse dusubler

[media=http://www.youtube.com/watch?v=cGQuGrJlIDM#t=181]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.