Kəlbəcər Təhsil Şöbəsinin keçmiş müdirinin həbs xəbəri yayıldı

10-10-2014, 23:32   
Kəlbəcər Təhsil Şöbəsinin keçmiş müdirinin həbs xəbəri yayıldı
Kəlbəcər Təhsil Şöbəsinin keçmiş müdirinin həbs xəbəri yayıldı
Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, adı jurnalist Ərşad İbrahimovun həbsində hallanan Məhəmməd Bağırov həbs olunub. Bu barədə moderator.az saytı xəbər yayıb.

Məlumata görə, keçmiş məmurun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin təqdimatı əsasında həbs qəti-imkan tədbiri seçilib.

Məhəmməd Bağırovun fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən araşdırılma aparılırdı. M. Bağırov məhz jurnalist Ərşad İbrahimovun araşdırma yazılarından sonra işdən azad edilmişdi. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi onun barəsində korrupsiya və rüşvətlə bağlı cinayət işi açmışdı.

Məlumata görə, M.Bağırov bir neçə maddə ilə təqsirləndirilərək həbs edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.