Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sevdiyi qızın anasına görə intihara cəhd edən oğlan

10-10-2014, 23:46   
Sevdiyi qızın anasına görə intihara cəhd edən oğlan


Sevdiyi qızın anasına görə intihara cəhd edən oğlan (VİDEO)
Samux rayon Kolayır kənd sakini intihara cəhd edib. O, Gəncə şəhərində yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq, özünü atmaq istəyib. APA TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən 31 yaşlı Həzrətov Elşən Hüseynqulu oğlu fikrindən daşınıb, dirəkdən endirilib. Gəncə stansiyası Xətt Polis Şöbəsindən verilən məlumata görə, Elşən Həzrətovun intihara cəhd etməsinin səbəbi onun sevdiyi qızın anası tərəfindən qəbul edilməməsi olub. Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar