“Ermənistan prezidenti Serj Sarkisyanın bu gün Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün sənədə qol çəkməsi ölkə müstəqilliyinin itirilməsilə nəticələndi”.
AzNews.az xəbər verir ki, bu sözləri Ermənistanın “İrs” partiyasının lideri Raffi Ovannisyan deyib. Onun sözlərinə görə, düz 5 il öncə oktyabr ayının 10-da Türkiyə-Ermənistan sərhədinin açılması üçün sənədin qol çəkilməsi konstitusiyaya zidd idi: “Serj Sarkisyan xalqın iradəsini əlindən alaraq hakimiyyəti zəbt edib. Onun prezidentliyi legitim deyil, deməli belə çıxır ki, onun imzaladığı sənədlərin də heç bir mənası yoxdur. Sarkisyanın hər addımı boşdur və bizim üçün heç nəyə yaramır”, - deyə partiya bildirib.