Davudoğlu: “Yalvarıram, sarılın”

11-10-2014, 00:19   


Türkiyənin Baş naziri Əhməd Davudoğlu Malatyada xalq qarşısında çıxış edib.

Kobanidə baş verənlərin Türkiyədə sabitliyə zərər vurmayacağını bildirən Baş nazir xalqı birləşməyə çağırıb:

“Yalvarıram, sabah səhər qalxın və ilk gördüyünüz qardaşınızla elə sarılın ki, kimsə bir daha qardaşı qardaşa düşmən edə bilməsin”.

35 nəfərdən çox insanın həyatını itirdiyini deyən Davudoğlu insanları xarici qüvvələrin felinə uymamağa çağırıb:

“Bu gün birlik, bərabərlik günüdür. Malatya öz tarixi təcrübəsi ilə göstərdi ki, son günlər vandalizm hərəkətləri törədənlər buraya yaxınlaşa bilər”.

Heç bir zaman türk millətinin məzhəb və etnik qruplara bölünməyəcəyini deyən Baş nazir çıxışında xalqı birliyə səsləyib:

“Türk, ərəb, sünni, şiə deməyin. Hamı birləşsin. Hansı partiyadan olduğunu soruşmayın, hansı şəhərdən olduğunu soruşmayın, hansı məzhəbdən, hansı etnik kimlikdən olduğunu soruşmayın. Yalnız qarşınızda duran insanın gözünün içinə baxın. Eşqlə, sevdayla, məhəbbətlə baxın”.
- See more at: http://axar.az/news/31681#sthash.5Hv5Yqq8.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.