Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq

11-10-2014, 10:05   
”Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq


“Bu yaxınlarda baş tutan Xəzəryanı ölkələri rəhbərlərinin zirvə görüşünün ardınca MDB dövlət başçılarının Belarusiyada görüşü məhz Rusiyanın gövdə nümayişidir”.
NATO Əməkdaşlıq İnstitunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Rusiyanın mesajlarının artıq açıq formata keçdiyini bildirib:

“Rusiyanın Azərbaycanda çevriliş etmə cəhdləri hələ də qalır və təhlükə sovuşmayıb. Çevriliş üçün iki faktor önəmlidir. Bunlar hərbi güc və maliyyə sektorudur. Çox təəssüflər olsun ki, hər iki sektorda Kreml diqtəsi ilə işləyən şəxslər var. Bunlardan rəsmi bakı da məlumatlıdır. Bu yaxınlarda baş tutan Xəzəryanı ölkələri rəhbərlərinin zirvə görüşünün ardınca MDB dövlət başçılarının Belarusiyada görüşü məhz Rusiyanın gövdə nümayişidir. Putin ətrafına “sizi hər an işğal edə və devirə bilərəm” mesajı verir. Əvvəllər bu mesajlar üstü örtülü diplomatik xarakter daşıyırdısa, hazırda açıq şəkildə, sözlə deyilir. Rusiya iqtisadi böhran astanasındadir. Təbii ki, o, bu bataqlıqda tək batmaq istəmir və ardınca özü ilə bir yerdə təsir dairəsi güclü olan dövlətləri də dartıb aparmaq istəyir. Rusiya əvvəllər Qarabağ faktorundan istifadə edirdisə, indi həmçinin müəyyən daxili məkanlarda təxribatlarla məşğuldur. Hədəf isə daxildə qorxu və çaşqınlıq yaratmaqdır. Azərbaycanın zəngin təbii ehtiyatları və regionun favoriti olması Putini öz planlarını daha da sürətləndirməyə təhrik edir. Azərbaycan əvvəl-axır yaxın tarixdə yol seçməli olacaq: Ya Avrasiya İttifaqı, ya da Avropa, NATO! Qarşıda bizi həm təhlükəli, həm də ağır və həssas bir proses gözləyir. Daxildə xaosun yaranmaması üçün əsasən şimal hissədə təhlükəsizlik gücləndirilməlidir. NATO Əməkdaşlıq İnstitutu da ölkədə Rusiyanın keçirmək istədiyi planları araşdırır və istənilən təhlükəni öncədən analiz edib KİV-lər vasitəsilə açıqlayacağıq. Bizim istəyimiz güclü, demokratik, inkşaf edən, azad, müstəqil Azərbaycan görməkdir”.
- See more at: http://axar.az/news/31704#sthash.ziaavX64.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.