“Ermənistan Aİ ilə təhlükəli oyuna girib”
11-10-2014, 10:24
“Ermənistan Aİ ilə təhlükəli oyuna girib”
"Biz azərbaycanlıların qanı və malı üzərində istehsal edilən Dağlıq Qarabağ məhsullarının Rusiya, Qazaxıstan və Belarus bazarına azad girişinə seyrçi qala bilmərik”.
politoloq Elxan Şahinoğlu deyib. O, Ermənistanın bu quruma üzvlüyünün absurd olduğunu bildirib:"Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzvlüyü absurddur. Çünki Ermənistanın bu quruma üzv olan dövlətlərin heç biri ilə sərhədi yoxdur. Adı Gömrük İttifaqıdır, ancaq Ermənistanın bu birliyə üzv olan ölkələrin heç biri ilə gömrük əlaqəsi yoxdur. Üstəlik, Ermənistan təhlükəli oyuna girişərək Dağlıq Qarabağı da qeyri-rəsmi şəkildə bu birliyə üzv etmək istəyir. Başqa sözlə, Azərbaycanın işğal altındakı torpaqlarında istehsal olunan məhsulları Ermənistan üzərindən Rusiya, Belarus və Qazaxıstanın bazarına daşımaq istəyir. Buna yol vermək olmaz. Ona görə də yaxın tərəfdaşlarımız olan Qazaxıstan və Belarus vasitəsilə bu təhlükəli oyuna "yox” deməli, Ermənistan hakimiyyətinin bu planlarını pozmalıyıq. Əks halda Azərbaycanla Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olan dövlətlərlə münasibətlərində gərginlik yarana bilər. Biz azərbaycanlıların qanı və malı üzərində istehsal edilən Dağlıq Qarabağ məhsullarının Rusiya, Qazaxıstan və Belarus bazarına azad girişinə seyrçi qala bilmərik”.
Qeyd edək ki, bu gün Ermənistan Avrasiya İttifaqına üzv olmalıdır.
Digər xəbərlər