Türkiyədə fəaliyyət göstərən HDP-nin həmsədri, millət vəkili Səlahəddin Dəmirtaşdan şikayət edilib.

11-10-2014, 12:18   
Türkiyədə fəaliyyət göstərən HDP-nin həmsədri, millət vəkili Səlahəddin Dəmirtaşdan şikayət edilib.

vəkil Yunus Akyol Dəmirtaş və HDP rəhbərlərinin silahlı üsyan qaldırdıqlarının səbəb gətirərək ömürlük həbsə məhkum edilmələrini istəyib.


Ankaralı vəkil Yunus Akyol IŞİD-in Kobaniyə hücumunu bəhanə edərək xalqı Türkiyə hökumətinə qarşı silahlı üsyana təşviq edən, ölkənin birliyini və bütövlüyünü pozmağa hesablanmış açıqlamalarından dolayı HDP həmsədrləri Selahattin Dəmirtaş, Qıran Yüksəkdağ və digər funksionerləri Respublika Prokurorluğuna şikayət edib.

Akyol ərizəsində HDP həmsədrləri Dəmirtaş və Yüksəkdağın "Xalqı küçəyə çıxmağa və küçəyə çıxmış olanlara dəstək olmağa çağırırıq" - deyərək cinayət etdiklərini ifadə edib və ömürlük həbs cəzası ilə cəzalandırılmalarını tələb edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.