Bir qrup gəncin Müsavatdan istefa verməsinə partiyasının başqanı Arif Hacılı münasibət bildirib.
O, AzNews.az-a açıqlamasında baş verən hadislərdən təəssüfləndiyini bildirib: “Gənclərin istefa verməsindən xəbərsizəm. Müsavatın hər bir üzvü mənimçün əzizdi. Onların istefa verməsinə təəssüflənirəm. Hesab edirəm ki, yanlış addım atıblar. Bəyanatla tanış olandan sonra mövqeyimi tam ifadə edəcəyəm”.