Milli Şura mitinqində Müsavatın iştirakını istəmir

11-10-2014, 15:41   
Milli Şura mitinqində Müsavatın iştirakını istəmir

Milli Şura mitinqində Müsavatın iştirakını istəmir
Milli Şura mitinqində Müsavat Partiyasının iştirakını istəmir. Bu barədə Müsavat funksioneri Gülağa Aslanlı Musavat.com-a bildirib.

O qeyd edib ki, bununla bağlı oktyabrın 11-də Milli Şuranın sədri Cəmil Həsənli ona zəng edərək bildirib: “Cəmil Həsənli bildirdi ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının iştirakı haqqında qərar gecikdiyinə görə, biz Koordinasiya Şurasının ayın 10-da iclasını keçirmişik. Qərara almışıq ki, mitinq zamanı tribunada yalnız MŞ-nin Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazıranıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb”. G.Aslanlı həmçinin bildirib ki, o, Cəmil Həsənliyə bir daha bildirib ki, onlar Müsavat Məclisinin oktyabrın 11-də keçirilən iclasında mitinqlə bağlı müzakirə aparıb qərar verəcəklər.

Qeyd edək ki, MŞ oktyabrın 12-də siyasi dustaqlarla bağlı mitinq keçirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.