Keçmiş müdafiə naziri Rusiyaya “spesnaz” yeritməyə çağırdı

11-10-2014, 17:01   
Keçmiş müdafiə naziri Rusiyaya “spesnaz” yeritməyə çağırdı

Ukraynanın keçmiş müdafiə naziri Anatoli Qritsenko bəyan edib ki, prezident Pyotr Poroşenko siyasi iradə göstərməli və xüsusi təyinatlı qüvvələri Rusiyaya müdaxilə etmək əmri verməlidir.

Qritsenko bu haqda “Şuster-Live” populyar tok-şousunun efirində bildirib.

O deyib ki, rus hərbçilərinin Rusiya ərazisindən Ukrayna hərbçilərini atəşə tutduğuna əmindir və buna heç bir şübhə yeri yoxdur.

“Bizim ehtiyatda adamlarımız var, onlar Əfqanıstanda, İraqda, Anqolada döyüşüblər, düşmən əhatəsində işləməyi bilirlər. Onlar cəbhə xəttinin o biri tərəfinə keçib “Qrad”ları, Rusiya aerodromlarında dayanan vertolyotları məhv edə, onların dəmir yollarını partlada, dəmiryol qatarlarını havaya uçura bilərlər. Qoy Putin də “200 nömrəli yük” alsın, qoy rus əhalisi işə qarışsın” - deyə keçmiş müdafiə naziri bildirib.

A.Qritsenko deyib ki, Rusiya ərazisində diversiya əməliyyatlarının aparılmasını Ukrayna silahlı qüvvələrinin xüsusi təyinatlı Kirovqrad və Xmelnitski polklarına tapşırmaq olar. Hazırda onlar VİP-personları mühafizə edirlər. Keçmiş müdafiə naziri Ukrayna ordusunun komandanlığını da təkzib edib. Onların Donetsk ətrafındakı Sahur-Mogila məntəqəsi uğrunda döyüşlərdə “tupoyluq” göstərdiklərini deyib və indiki müdafiə naziri Valeri Geleteyi işdən azad etməyə çağırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.