Kuala Lumpur beynəlxalq hava limanında narkotik alveri ilə məşğul olan qrup yaxalanıb.
Malayziya polisi 3 əcnəbini saxlayıb. Onların üzərindən 9 kq metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) aşkarlanıb.
Saxlanılanlardan biri cənubi afrikalı, digər ikisi isə İran vətəndaşıdır. Cənubi Afrika vətəndaşı Malayziyaya birbaşa, İran vətəndaşları isə Ermənistandan Dubaya keçməklə gəliblər.