"Barselona"nın braziliyalı futbolçu maraqlı açıqlamalar verib
Futbol "Messini mən lider etdim. Messinin "Barselona"da 400 qol vurmasına səbəbkar mənəm".
ANS PRESS-in məlumatına görə, bu sözləri "Barselona"nın braziliyalı futbolçu Dani Alveş deyib. O bildirib ki, Messiyə klubda ən çox məhsuldar pası özü verib:
"Komandanın FIFA Dünya Klublar Kubokunu ilk dəfə qazandığı matçda Leoya mən pas verdim. Bəzi insanlar bundan xoşlanmır amma, hər kəs bu gerçəkləri görməlidir", - deyə Alveş söyləyib.
Futbolçu İspaniya mətbuatına açıqlamalarında "Barselona"da 7 mövsüm forma geydiyini xatırladıb. O qeyd edib ki, əgər yaxşı futbolçu olmasaydım klubda qala bilməzdim:
"Burada futbol oynayıramsa, deməli gözləntiləri qarşılayıram. Mübarizəyə hər zaman hazıram və klubda qalmaq mənim üçün çox vacib məsələdir".
Qeyd edək ki, Dani Alveşin "Barselona" ilə müqaviləsi bu ilin sonunda bitir. İddialara görə, klub futbolçu ilə yollarını ayırmaq niyyətindədir.