Milli Şura Müsavatın mitinqdə iştirakını istəmir

11-10-2014, 19:55   
Milli Şura Müsavatın mitinqdə iştirakını istəmir

“Milli Şura mitinqində Müsavat Partiyasının iştirakını istəmir”. Lent.az-ın xəbərinə görə, bu barədə Müsavat funksioneri Gülağa Aslanlı musavat.com-a bildirib.

G.Aslanlının sözlərinə görə, Milli Şuranın sədri Cəmil Həsənli bu gün ona zəng edərək bu haqda danışıb: “Cəmil Həsənli bildirdi ki, Milli Şuranın təyin etdiyi mitinqdə Müsavat Partiyasının iştirakı haqqında qərar gecikib. O dedi ki, biz Koordinasiya Şurasının iclasını keçirmişik. Qərara almışıq ki, mitinq zamanı tribunada yalnız Milli Şuranın Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazırlanıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb”.

G.Aslanlı həmçinin bildirib ki, o, Cəmil Həsənliyə bir daha bildirib ki, onlar Müsavat Məclisinin bu gün keçirilən iclasında mitinqlə bağlı müzakirə aparıb qərar verəcəklər.

Qeyd edək ki, Milli Şura sabah mitinq keçirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.