“Serj Sərkisyanın missiyası Ermənistanın Gömrük İttifaqına daxil olması ilə başa çatacaq”.
bu barədə Şərq-Qərb Aradırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz Feysbuk hesabında yazıb. Politoloqun sözlərinə görə, İrəvanda Sərkisyanın yerinə öz namizədi olduğunu Kreml müxalifəti açıqladı artıq:
“Kreml müxalifəti İrəvanda Sərkisyanın istefası tələbilə 100 minlik mitinq keçirdi və hətta prezidentliyə yeni namizədini də açıqladı. Bu, vaxtilə Erməni Ümummilli Hərəkatı liderlərinin "Dodi Qaqo" (yəni, Tupoy Qaqo) adlandırıb ələ saldığı "Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Tsarukyandır. Kirvənin özü də, tərcümeyi halı da müasir dövlət başçısı standartlarının bütün tələblərinə cavab verir: oliqarxdır, deputatdır, Avropa çempionu olub və cəmi ikicə dəfə mühakimə olunub. Onun birində də zorlamaya görə. Ən əsası isə budur ki, dünən bir-birini necə adlandırmalarından asılı olmayaraq, bu gün müttəfiqdilər və hətta Ter Petrosyan bu perspektivli siyasətçiyə görə öz siyasi iddialarından imtina da edib”.
Ekspert onu da qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyini uğurla həyata keçirdikdən sonra (bu isə mütləq baş verəcək) Moskva çalışacaq ki, eyni ssenarini Azərbaycana da tətbiq eləsin (bunu da xeyli əvvəl yazmışıq), amma güman eləmirəm ki, bu baş tutan sövdadır: “Ona görə yox ki, Rusiyanın Azərbaycanda alternativ tapmaq imkanı yoxdur. Bu var və Moskvada yaxşı bilirlər ki, Azərbaycanda hakimiyyət əldə etmək naminə əqidəsini gündə 50 dəfə dəyişməyə hazır olan xeyli növbəyə düzülənlər var. Sadəcə, Azərbaycanın iqtisadi cəhətdən Rusiyaya bağlı olmaması bir azca işləri çətinə salır və elə ona görə də bütün vasitələrlə çalışırlar öncə Azərbaycanı Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə cəlb eləsinlər”.