"Ölümdən qorxmuruq. Ölüm bizim hədəfimizdir.
11-10-2014, 23:03
Rusiya prezidenti Vladimir Putin Dövlət Təhlüşəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib.
Bu barədə Rusiya prezidentinin sözcüsü Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, toplantıda əsasən İŞİD terror qruplaşması, Ebola virusu, Ukrayna münaqişəsi və ABŞ-la münasibətlər müzakirə edilib.
İclasda baş nazir Dmitri Medvedev, Federasiya Şurasının spikeri Valentina Matviyenko, Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun maüvini Rəşid Nurqaliyev, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov və Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov iştirak edib.
Dmitri Peskov görüşün təfərrüatları barədə hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, ötən gün İŞİD Rusiyaya hücum edəcəyini açıqlamışdı.
Digər xəbərlər