Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD-ə ağır zərbə: 100 ölü

11-10-2014, 23:10   
İŞİD-ə ağır zərbə: 100 ölü
Terrorçulara qarşı havadan və qurudan əməliyyatlar keçirilib


Dünya İraqın müxtəlif şəhərlərində İŞİD terror qruplaşmasına ağır zərbə endirilib.
İraqın Kərkük, Mosul və Sincar şəhərlərində İŞİD-ə qarşı havadan və qurudan hərbi əməliyyatlar keçirilib. ABŞ və koalisiya qoşulmuş ölkələrin qırıcıları adıçəkilən şəhərlərdə İŞİD-in mövqelərini bombalayıb, İraq ordusu isə hücuma keçib.

Hərbi əməliyyatlar zamanı ümumilikdə 100 İŞİD yaraqlısı öldürülüb, 67-si isə yaralanıb.

Qeyd edək ki, ABŞ və anti İŞİD qüvvələri İraq və Suriyada terrorçulara qarşı havadan hərbi əməliyyatlar həyata keçirir. İraq ordusu isə Bağdad yaxınlığında terrorçularla mübarizə aparır.
Mənbə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar