Ronaldunun transferi üçün şok məbləğ
Madridin “Real” komandasının portuqaliyalı futbolçusu Kriştianu Ronaldunu almaq istəyən klub bir milyard avro ödəməlidir.
Futbolçunun agenti Xorxe Mendeş portuqaliyalı futbolçunun dəbbə məbləğinin bir milyard avro olduğunu bildirib.
“O, tarixdə ən yaxşı futbolçu olmaqla yanaşı, həm də bütün dövrlərin ən böyük idmançısıdır. O, rəqabətin daha yüksək olduğu bu ən populyar idman növündə ən yaxşı oyunçudur. Buna görə də dünyada ən yaxşı futbolçudur. Onun kontraktında dəbbə məbləği bir milyard avroya bərabərdir”, - deyə Mendeş bildirib.
Agent həmçinin futbolçunun zədələnməyəcəyi təqdirdə mövsüm ərzində 60 top vura biləcəyini qeyd edib.