ABŞ yenə qarışdı (FOTO)

11-10-2014, 23:27   
ABŞ yenə qarışdı (FOTO)


Dünya ABŞ-ın Missuri ştatının St.Luis şəhərində polis zorakılığına qarşı etiraz aksiyası təşkil edilib.

aksiyada yüzlərlə insan iştirak edib.

Bu şəhərdə iki ay ara verilmədən aksiyalar keçirilib. Buna səbəb avqust ayında Ferqusen şəhərində polis işçisi tərəfindən qaradərili gəncin öldürülməsi olmuşdu.

Bu dəfə də daha bir qaradərili gəncin polis tərəfindən öldürülməsinə etirazlar edilir.

Dünəndən start verilən nümayişlər prokurorluq binası qarşısında bu gün davam etdirilib. Aksiyaların bazar ertəsinədək davam edəcəyi gözlənilir.

Aksiyaçılar Maykl Braunu öldürən polis zabitinin həbs olunmasını tələb edir.

Qeyd edək ki, bu həftə polis 18 yaşlı Vonderitt Mayersin öldürülməsindən sonra 7 etirazçını nəzarət altına alıb.















Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.