Almaniya Türkiyəni “bütün gücü ilə” İŞİD-ə qarşı mübarizəyə çağırır
Almaniya Türkiyə və İranı İŞİD qruplaşmasına qarşı mübarizəyə qoşulmağa çağırır. Musavat.com-un “Rerters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.
“Biz ərəb ölkələrini, Türkiyə və İranı İŞİD-ə qarşı birgə mübarizə aparmağın zəruriliyinə inandırmağa çalışırıq” – deyib XİN başçısı və əlavə edib ki, Almaniya təkidli şəkildə Ankaranı “bütüm gücü ilə” döyüş əməliyyatlarına çağırır.