Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Jirinovski Rusiyada Azərbaycanın təbliğatına başladı

12-10-2014, 16:26   
Jirinovski Rusiyada Azərbaycanın təbliğatına başladı
Jirinovski Rusiyada Azərbaycanın təbliğatına başladı

Oktyabrın 10-da Rusiya Dövlət Dumasında dəyirmi masa keçirilib.

bu tədbir Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovskinin Bakıya səfərinin nəticələri barədə bir növ hesabat xarakteri daşıyıb.

Rusiyalı deputatlarla azərbaycanlı alimlər “İctimai təkamül prosesində Rusiya-Azərbaycan münasibətlərinin tarixi” mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirin təşkilatçıları Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ilə LDPR olub. Dəyirmi masada Dumanın həm LDPR-dən, həm də digər fraksiyalardan olan çoxsaylı deputatları iştirak edib. Rusiyalı deputatlara Dumanın Azərbaycan Milli Məclisi ilə əlaqələr üzrə deputat qrupunun koordinatoru Dmitri Savelyev başçılıq edib. O deyib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərin inkişafı çox zəruridir, çünki hər iki ölkənin lideri - Vladimir Putinlə İlham Əliyev bu dostluğun və əməkdaşlığın gücləndirilməsi üçün çox böyük əmək sərf ediblər. Prezidentlərin bu səyləri hər iki ölkənin maraqlarına uyğundur.

Azərbaycan tərəfini tədbirdə AMEA Tarix İnstitutunun alimlərindən ibarət nümayəndə heyəti təmsil edib. İnstitutun direktor müavini Cəbi Bəhrəmov çıxışında Rusiya-Azərbaycan münasibətlərinin tarixi haqda məlumat verib.

Müzakirələr zamanı bbildirilib ki, regiondakı, üümumənd ünyadaakı siyasi kataklizmlərə baxmayaraq iki ölkənin münasibətlərinin perspektivləri genişdir və indiyə qədərki təcrübə gələcəyə nikbinliklə baxmağa əsas verir.

D.Savelyev V.Jirinovskinin Bakı səfərinə toxunarkən bildirib ki, LDRP sədri Azərbaycanın uğurlarından məmnun olub, onun Azərbaycan barədəki təsəvvürləri xeyli dəyişib: “Azərbaycanın nümunəsi gəstərir ki, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün böyük potensial var və LDPR bunu yüksək qiymətləndirməyin tərəfindədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar