Xalqın qəzəbi bir gün püskürəcək

12-10-2014, 17:12   




Milli Şura "siyasi məhbuslara azadlıq" şüarı altında izdihamlı aksiyaya imza atdı

Milli Şura Bakıda siyasi məhbuslara azadlıq tələbilə mitinq keçirir. Mitinqdən xəbərləri təqdim edirik. Ən yeni xəbər ən yuxarıda olandır.

Mitinq qətnamənin oxunması ilə başa çatdı.



Söz Milli Şuranın sədri Cəmil Həsənlidədir. Aksiyada iştirak edənləri salamlayan C.Həsənli vurğuladı ki, hakimiyyət həbsləri, repressiyanı çıxış yolu kimi görür. Hazırda həbsdə olanlar mübarizənin sinvoluna çevriliblər.
]http://anaxeber.info/uploads/posts/2014-10/1413115774_xalq.jpg[/thumb]


AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, Azərbaycan xalqı bu repressiyaları hakimiyətə bagışlamayacaq. "Xalqın qəzəbi bir gün püskürəcək və Əliyevlər rejımini yola salacaq", deyə G.Bayramlı vurğuladı.


"Azadliq" qəzetinin əməkdaşı, siyasi məhbus Seymur Həzinin atası Məşgul Həziyev siyasi məhbus ailələrinin adından çıxış etdi.



Milli Şuranın Koordinasiya Mərkəzinin üzv Hacı Rövşən Əhmədli çıxışında vurğuladı ki, bu millət azadlıqsevərdir və sona qədər öz azadlığı üçün mübarizə aparacaq. "Bura İŞİD bayrağı göndərənlər Talibanla YAP-ın bayrağını ya unudublar, ya da yolda itiriblər. Bu gün Kürdaxanıda azadlıq universiteti fəaliyyət göstərir. Ən işıqlı insanlar ordadır", deyə R.Əhmədli vurğuladı.



Çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin yürütdüyü repressiya siyasətini pislədi.













AXCP sədrinin ardınca Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Gültəkin Hacıbəyli çıxış etdi. Onlar da siyasi məhbuslara azadlıq tələb etdiler. Ayrı-ayrı siyasi məbhuslar haqda danışıb hakimiyyətin onlar həbs etməsini lənətlədilər.

Əli Kərimli: "Sizin hakimiyyətə gəlməyiniz də, hakimiyyətdə qalmağınız da bu xalq üçün təbii fəlakət kim bir şeydir"

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlıdır. Hazırda mitinqdə AXCP sədri Əli Kərimli çıxış edir. Hakimiyyətin repressiya siyasətini kəskin tənqid edən Ə.Kərimli vurmulayır ki, Leyla Yunusu, İlqar Məmmədovu, Hacı Tale Bağırzadəni həbsxanada da rahat buraxmırsız.

Ölkənin dəyerli insanlarını şərləyib tutursuz, budurmu sizin məneviyyatınız? AXCP-nin qərargahını partladıb sahibinin pulunu da vermirsiz. Budurmu siyasi mübarizəniz? Sizin hakimiyyətə gəlməyiniz də, hakimiyyətdə qalmağınız da bu xalq üçün təbii fəlakət kim bir şeydir".









Müsavatın keçmiş ve indiki başqanları da aksiyaya qatılıblar.

***

Mitinqdə çıxışçılar üçün nəzərdə tutulan tribuna artıq quraşdırılıb. Aksiyanın başlanması üçün hazırlıqlar yekunlaşmaq üzrədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.