.
Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib. Aksiyada iştirak edənləri salamlayan C.Həsənli vurğulayıb ki, hakimiyyət həbsləri, repressiyanı çıxış yolu kimi görür. Hazırda həbsdə olanlar mübarizənin sinvoluna çevriliblər.
AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, Azərbaycan xalqı bu repressiyaları hakimiyətə bagışlamayacaq: "Xalqın qəzəbi bir gün püskürəcək və Əliyevlər rejımini yola salacaq".
"Azadliq" qəzetinin əməkdaşı, siyasi məhbus Seymur Həzinin atası Məşgul Həziyev siyasi məhbus ailələrinin adından çıxış edib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzv Hacı Rövşən Əhmədli çıxışında vurğulaıb ki, bu millət azadlıqsevərdir və sona qədər öz azadlığı üçün mübarizə aparacaq.
Çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin yürütdüyü repressiya siyasətini pisləyib.
Daha sonra Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Gültəkin Hacıbəyli çıxış ediblər. Onlar da siyasi məhbuslara azadlıq tələb ediblər.
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli hakimiyyəti repressiya siyasətini aparmaqda suçlayıb. Ə.Kərimli hakimiyyətin Leyla Yunus, İlqar Məmmədov və Hacı Tale Bağırzadəni həbsxanada da rahat buraxılmadığını vurğulayıb: "Ölkənin dəyərli insanlarını şərləyib, tutursuz. AXCP-nin qərargahını partladıb, sahibinin pulunu da vermirsiz. Budurmu siyasi mübarizəniz?"
Mitinq qətnamənin oxunması ilə başa çatdı.