Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub
Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə AzadlıqRadiosuna jurnalistin özü məlumat verib.
Onun bildirdiyinə görə, o, oktyabrın 12-də “Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş: “Sərhəddə pasportumu təqdim etdim. Mənə bildirdilər ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub”.
Xədicə İsmayıl qadağanın səbəbindən xəbərsiz olduğunu dedi:
“Mən bilmirəm ki, prokuroluğun mənimlə nə işi ola bilər. Səhər Baş Prokurorluğa məktub yazacam, səbəbini öyrənməyə çalışacam. Görək, bizi hansı sürprizlər gözləyir”.
"Forum 2000" konfransı 1997-ci ildən bəri hər ilin sentyabr və ya oktyabr aylarında Çexiyanın paytaxtı Praqada keçirilir.