YAP-çı deputatdan Etibar Hüseynova etiraz

12-10-2014, 18:13   
YAP-çı deputatdan Etibar Hüseynova etiraz

YAP-çı deputatdan Etibar Hüseynova etiraz
Millət vəkili Aydın Mirzəzadə həmkarı Etibar Hüseynovun azərbaycanlıları təhqir etməsinə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, o, bununla bağlı fikrini şəxsi facebook səhifəsində bölüşüb:

“Bu gün həmkarım Etibar Hüseynov saat 15:00-da “Məhsul” stadionunda mitinqdə iştirak edən şəxslər barədə aşağılayıcı şərh yazıb.

Mən onun bu sözlərinə etirazımı bildirirəm.

Kimin nə siyasi əqidədə olmasından asılı olmayaraq onun şəxsiyyətinə toxunmaq, onu aşağılamaq olmaz.

Mən mitinqçilərin fikri və şüarları ilə razı deyiləm və həmişə onlarla siyasi polemikada olacağam.

Ancaq Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəsin sərbəst düşünmə və qanunla qadağan edilməyən siyasi mövqe tutmaq hüququ vardır. Dövlətimiz bu hüquqların təminatçısıdır, məhz belə aksiyada hər kəsin həm hüququ qorunur, həm də hər bir iddialı siyasi qüvvənin gücü görünür”.

Qeyd edək ki, Etibar Hüseynov bu gün qoyun sürüsü şəkli paylaşaraq mitinqə gedən şəxsləri təhqir etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.