!
“Milli Şura”nın keçiridiyi mitinqində AXCP fəalları tərəfindən “İraqın Şam İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının bayraqlarını qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir”
“Milli Şuranın bu gün keçirdiyi mitinq Azərbaycan radikal siyasi müxalifətinin iflasının daha bir göstəricisi oldu”.
bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə “facebook”dakı səhifəsində yazıb.
A. Mirzəzadə keçirilmiş mitinqi “kiçik bir tədbir” adlandırıb: “Hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu daim önə çəkən “siyasətçilər” kiçik bir dəstə ilə sadəcə bir tədbir keçirməli oldular. Yəni, bugünkü tədbiri qətiyyən mitinq adlandırmaq olmazdı. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir.