“Qadınlar nə istəyir? Kişilər nə verir?” – Yeni kitab

28-04-2014, 17:58   
“Qadınlar nə istəyir? Kişilər nə verir?” – Yeni kitab
“Qanun” Nəşrlər Evi oxuculara yeni kitab təqdim edib. Nəşriyyatdan AzNews.az-a verilən məlumata görə, “Qanun” bu dəfə kitabsevərlərə Mustafa Kılınçın “Qadınlar nə istəyir? Kişilər nə verir?” adlı nəşri Azərbaycan dilində çap edib.

Xatırladaq ki, Mustafa Kılınç baş ofisi ABŞ-da yerləşən dünya NLP təlimçiləri arasında yer alan yeganə türkdür. Türkiyənin ilk və yeganə peşəkar NLP təlimçisidir. “Siyasi Qoç” adını qazanan Kılınç fərdi inkişaf, insan qaynaqları, idarəetmə sənəti, ünsiyyət, zəka, uğur, liderlik, psixologiya, yenilikçi zəka və “təsirli liderlik” sahəsində araşdırmalar aparmış və bir sıra işlər görmüş şəxsdir. Türkiyədə ilk dəfə NLP Qoçluğu və Siyasi Qoçluğu həyata keçirən Kılınç NLP Mütəxəssisləri Dərnəyinin rəhbəri, TÜSİAV Təhsil Sektoru başqanıdır. M. Kılınc “NLP ilə təsirli Qoçluq”, “İçimizdəki Həqiqət”, “NLP ilə uğurun daxili oyunu” və “Təsirli Liderlik” kitablarının müəllifidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.