Milli Şuranın Bakıda keçirilən 12 oktyabr mitinqi İŞİD bayrağının qaldırılması ilə də tarixə düşdü. Azərbaycanda ilk dəfə olaraq kimsə bu terrorçu təşkilatın simvolunu nümayiş etdirdi. Onu şuraçılar özləri tutaraq, polisə təqdim ediblər. Lakin təxribatçının kimliyi barədə açıqlama verilməyib.
Ərəb dilini bilən oxucularımız isə bildirirlər ki, bu təxribatı törədən hər kimdirsə, ərəb dilini bilmir və bu səbəbdən də terror təşkilatının bayrağını tərsinə tutub. Elə isə maraqlı sual ortaya çıxır - bu şəxsin arxasında duran, onu səhnəyə çıxardan kimlərdir?