Sərkisyan azərbaycanlıları Dilicana çağırdı

12-10-2014, 23:48   
Sərkisyan azərbaycanlıları Dilicana çağırdı
“Mən səmimi qəlbdən arzu edirəm ki, Dilican məktəbində Azərbaycandan da tələbələr gəlib oxusun. Əminəm ki, bu gün gələcək, və arzu edirəm ki, bu gün mümkün qədər tez gəlsin”.

bu “kövrək” cümlələri Ermənistanın prezidenti Serj Sərkisyan işlədib.

Dilicanda, qədim Azərbaycan torpaqlarında açılan, beynəlxalq UWC şəbəkəsinə daxil olan Dilican kollecinin açılışında çıxışı zamanı Sərkisyan deyib ki, keçmiş sovet respublikalarında bu beynəlxalq şəbəkəyə daxil olan kollec ilk dəfə Ermənistanda açılır.

Onun sözlərinə görə, bu məktəb əbədi, xeyirxah dəyərləri təbliğ edir və orada tolerantlıq atmosferi hökm sürür.

“Mən səmimi şəkildə arzu edirəm ki, bu məktəbdə Azərbaycandan da tələbələr gəlib oxusun” - Sərkisyan bir daha vurğulayıb.

Bəs Sərkisyanın birdən birə bu cür “tolerant siyasi xadimə” çevrilməsi necə baş verib? Axı dünənə qədər Sərkisyanın dilindən Azərbaycan və azərbaycanlılar haqda ancaq düşmənçilik saçan ifadələr eşitmək olardı. Bəlkə Sərkisyanı “kövrəldən” onun açılışını etdiyi kollecin yerləşdiyi Dilican şəhərinin çox da uzaq olmayan keçmişdə Azərbaycan torpaqları olduğunu yada salmasıdır? Bəlkə Sərkisyanı “kövrəldən” Dilican da daxil olmaqla Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizləməyə məruz qalması, indi bu torpaqlarda onun əsl sahiblərindən heç kimin yaşamamasıdır?

Nə bilmək olar ki... Hərdən amansız cəlladların da kövrəldiyi məqamlar olur...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.