“Trayan Basesku “Lukoyl” kartından qəsdən istifadə etməyə başlayıb”.
Axar.az “Regnum” Agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert İqor Putineç çıxış edib. O, “Lukoyl”un Rumıniyada siyasi divident qazanmaq üçün istifadə edildiyini bildirib:
“O, hakimiyyətdən gedəcəyi təqdirdə korrupsiyada ittiham olunacağını çox gözəl anlayır. Bu zaman isə onun yeganə çıxış yolu məhz “Lukoyl”dur. Bu isə Baş nazir Viktor Pontanı pis vəziyyətə salır. O, Lukoyl şirkətinə qarşı Baseskonun başladığı plana qarşı çıxa bilməz. Bu onun seçki qabağı şanslarının itirilməsi demək olar. “Lukoyl”u dəstəklədiyi halda o xalqın gözündə satqın və korrupsioner siması qazanacaq. Basesko Rusiya ilə münasibətlərdə heç bir şey itirmir. Onun hər zaman Rumıniyadakı rus biznesinə təsir göstərmək imkanları olub. O da bundan lazımlı məqamda istifadə etmək imkanı qazanıb. Görünür, “Lukoyl”un taleyi prezident seçkilərindən sonra bəlli olacaq”.