Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD qarşısıalınmaza çevrilir: Kobanini aldı, Bağdada doğru gedir

13-10-2014, 02:14   
İŞİD qarşısıalınmaza çevrilir: Kobanini aldı, Bağdada doğru gedir
İŞİD ordusu İraq səmasında ABŞ pilotsuz təyyarəsinin vurulmasını əks etdirən video yayıb. Bu barədə SalamNews Təşkilatın "Twitter” səhifəsinə istinadla xəbər verir. Videolentdən göründüyü kimi, vurulan təyyarə pilotsuz kəşfiyyat təyyarəsidir. Məlumata əsasən, təyyarə İraqın əl-Ənbar əyaləti ərazisində vurulub.
Bildirək ki, İŞİD silahlıları ötən gün Beyci şəhərində İraq ordusuna məxsus bir helikopteri də vuraraq yerə salıblar.
Bu arada yayılan başqa bir xəbərə görə İŞİD qruplaşması İraqın paytaxtı Bağdada yaxınlaşmaqdadır. Suriyanın Kobani şəhərində 28 gündür döyüşlər aparan İŞİD qüvvələri indi də Bağdadın 800 kilometrliyində qərarlaşıblar. Təhdid altında olan Bağdada 10 min əsgər yığılıb. İraqlı zabitlərin məlumatına görə, İŞİD-in əlində 4 min 500 metr yüksəklikdə hava hədəflərini məhv edə biləcək daşına bilən zenit-raket kompleksləri var. The Telegraph qəzetində yerə alan məlumata görə, İŞİD Ənbər vilayətini tam ələ keçirmək üzrədir. Bildirilir ki, Bağdaddakı 10 min İraq ordusuna 1500 ABŞ əsgəri də yardım edir, təlim keçir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar