Jirinovski Mişel Obamanı görüşə çağırıb

13-10-2014, 11:16   
Jirinovski Mişel Obamanı görüşə çağırıb

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski ABŞ prezidenti Barak Obamanın arvadı Mişel Obama ilə görüşmək istəyir.
bu barədə Jirinovski Rusiya radiostansiyalarının birinə müsahibəsi zamanı bildirib. LDPR lideri deyib ki, liberal-demokratlar ABŞ-ın birinci xanımına məktub göndərərək onu Rusiyaya dəvət etmək istəyir. Jirinovski onunla qida məsələlərini müzakirə etmək niyyətindədir.

ABŞ-ın birinci xanımı sağlam həyat tərzini təbliğ edən layihələrlə məşhurdur. O cümlədən, Mişel Obama məktəblərdə bublik və qayğanaq satılmasının əleyhinədir. LDPR lideri də Amerika prezidentinin bu təklifini dəstəkləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.