Indi kim foks göstərəcək?.. - Sorğu

18-10-2014, 12:02   
Indi kim foks göstərəcək?.. - Sorğu



Yəni Azərbaycan futbolunu uçuruma sürükləyən Foqts idimi? Bundan sonra gələcək hansısa baş məşqçi Foqtusdan daha yaxşı nəticə göstərə biləcəkmi?


Azərbaycanın futbol üzrə milli komandasının Xorvatiyaya 6-0 hesablı biabırçı məğlubiyyətindən sonra 2008-ci ildən yığmaya rəhbərlik edən alman mütəxəssis Berti Foqtsun istefası gündəmə gəldi. Bir neçə gün ərzində həm futbol, həm də ölkə ictimaiyyətinin Foqtsu istefaya səsləməsi öz nəticəsini verdi. O, bu gün milli komandadan ayrıldığı haqda bəyanat verdi. Məsələ bununla da həll olundumu?

Yəni Azərbaycan futbolunu uçuruma sürükləyən Foqts idimi? Bundan sonra gələcək hansısa baş məşqçi Foqtusdan daha yaxşı nəticə göstərə biləcəkmi? Yaxud kim gəlməlidir ki, Azərbaycan futbolunda əsl foks baş versin?.. Ümumiyyətlə bir ölkənin milli komandasının daim 0 xallıq nəticədən uzaqlaşması üçün yalnız baş məşqçi amili əsasdrımı, burada futbolçuların səviyyəsi, ölkədə futbola münasibət heç bir rol oynamırmı? Bütün hallarda adətən komanda uduzanda hesabı baş məşqçidən soruşurlar? Bu səbəbdən “Qafqazinfo” belə bir sorğu keçirmək qərarına gəlib ki, millinin baş məşçisi kim olsa möcüzə baş verə bilər.

Bir çoxları düşünür ki, komandanın sükanı arxasına yerli mütəxəssis gətirilməlidir. Ya yenidən xarici mütəxəssisin xidmətindən istifadə olunmalıdır. Bu məsələdə konkret adlar çəkilir. Biz də sorğu keçirərək ölkə ictimaiyyətinin məsələyə münasibətini öyrənmək qərarına gəldik.

Sorğuya adı daha çox baş məşqçiliyə uzun illərdən bəri namizəd kimi hallanan şəxlər daxil edilib.

1. Qurban Qurbanov

2. Kaxaber Sxadadze

3. Böyükağa Hacıyev

4. Ağasəlim Mircavadov

5. Vəli Qasımov

6. Joze Mourinyo

7. Başqa xarici mütəxəssis.

8. Fərqi yoxdur, futbolçular oynamağı bacarmalıdır

9. Ölkədə futbola münasibət dəyişməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.