Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts bazar ertəsi axşam İsveçrənin Sürix şəhərində AFFA prezidenti Rövnəq Abdullayevə istefa haqqında qərarını bildirdikdən sonra, Almaniya mətbuatı həmyerlilərindən isti-isti münasibət öyrənib.
dünya çempionu millimizin futbolçularını qeyri-peşəkarlıqda günahlandırıb.
İlk olaraq Xorvatiyadan alınan məğlubiyyət haqqında danışan mütəxəssis fikirlərini belə paylaşıb: "Yerində dayanıb futbol oynayanda nəticə belə acınacaqlı olur. Azərbaycanlı futbolçuları ancaq alacaqları pul maraqlandırır. Onlar dərk etmirlər ki, ancaq qazanmaq haqda düşünmək olmaz. Bu cür şəraitdə işimi davam etdirə bilməzdim".
Daha sonra Foqts AFFA prezidentinə istefa haqda qərarını açıqlaması məsələsinə toxunub: "Rövnəq Abdullayev çox pərişan görünürdü. Mən də çox üzülürəm. O, çox yaxşı insandı".
67 yaşlı çalışdırıcı yığma üzvlərimizin İtaliyadan alınan 1:2 hesablı məğlubiyyətdən sonra işlərinə peşəkar yanaşmadıqlarını da dilə gətirib: "Komanda İtaliya ilə oyundan 3 gün sonra mübarizə aparmır, hərəkət etmirsə bunu qəbul etmirəm. Federasiya prezidentinə bu cür şəraitdə işimi davam etdirməyin heç bir əhəmiyyətinin olmadığını bildirdim".