Təxminən 1 saatdan sonra "Türk Telekom Arena"da Türkiyənin iki futbol nəhəngi, "Qalatasaray"la "Fənərbaxça" növbəti derbidə üz-üzə gələcək. Lent.az-ın məlumatına görə, bu qarşılaşma tərəflərin 380-ci görüşü olacaq.
İndiyədək 379 derbildən 146-sını "Fəönərbaxça", 125-ni isə "Qalatasaray" qazanıb. 108 görüşdə bərabərlik qeydə alınıb. Hazırda hər iki komanda 5 turdan 10 xal toplamaqla 3-4-cü yerləri bölüşdürür. Cüneyt Çakırın idarə edəcəyi derbi saat 21-də başlayacaq