"Aslanlar" "Bülbül"ü parçaladı
Futbol Türkiyə superliqasında 6-cı turun oyunlarına start verilib.
ANS PRESS-in məlumatına görə, turun mərkəzi qarşılaşması İstanbulda keçirilib. "Türk Telekom Arena"da əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbaxça" komandalarının üz-üzə gəldiyi oyunda aslanlar 2:1 hesabı ilə qalib gəlib.
"Qalatasaray"in qollarına 88 və 90-cı dəqiqələrdə Uesli Sneyder imza atıb. "Fənərbaxça"dan isə qolu Alper Potuk vurub.
Türkiyə superliqası, 6-cı tur
21:00. "Qalatasaray" - "Fənərbaxça" - 2:0 (İkinci hissə)
Qollar: Uesli Sneyder, 88 (1:0), 90+1 (2:0)