Vüqar Əliyevin yetirmələri Azərbaycan klubları arasında ilkə imza atacaqlar.
Belə ki, “dəmiryolçular” geyimlərində dəyişiklik etməyə qərar veriblər. Bakı təmsilçisi Super Liqanın və “Çelenc Cup”ın oyunlarına həmişə olduğu kimi “şortik”də deyil, “yubka”da – ətəklikdə çıxacaqlar.
Bu geyimdən dünyanın bir sıra aparıcı klubları istifadə etsə də, çempionatımızda ilk kimi tarixə düşəcək.
“Azərreyl”in bununla “yaxın dostu” “Uraloçka”dan örnək götürdüyünü də söyləmək olar. Çünki rusiyalılar müəyyən müddətdir ki, görüşlərə yubkada çıxırlar. Azarkeşlərimiz üçün yaxşı tanış olan, heyətində millimizin voleybolçusu Yana Ağayevanın da yer aldığı Polşa “Atom”u da şortdan imtina edənlər arasındadır.