Məhəmmədəli Tahirovun rəqibi isə rinqə çıxmayıb.
Zaqreb şəhərində yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilib. Milli.Az-ın azerisport.com-a istinadən məlumatına görə, iki azərbaycanlı idmançı - Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (91 kq) yarımfinala yüksəliblər.
Dörddə bir finalda onlar Gürcüstan təmsilçisi Qaik Pozoyan və Ermənistan təmsilçisi Qnel Muradyana qalib gəliblər. Yusifzadə 3:0 hesabı ilə qalib gəlib. Tahirovun rəqibi isə rinqə çıxmayıb.
Yarımfinalda Yusifzadənin rəqibi Daniel Asenov (Bolqarıstan), Tahirovun rəqibi isə Peter Kadiru (Almaniya) olacaq.