Julius Vobayın səhhətində hər hansı bir dəyişiklik müşahidə olunmur
Pasport Dünyanı bürüyən Ebola həyəcanı qarşısında bu virusa yoluxmaqda şübhəlilərin nəzarətə alınmasının gündəmdə olduğu vaxda Azərbaycanda məşhur bir şəxsin aqibəti hamını maraqlandırır. Söhbət potensial virus daşıyıcıları ilə kontaktda olmaqda şübhəli bilinən Afrika Millətlər Kubokunun seçmə mərhələsində
[media=http://www.youtube.com/watch?v=kc1ZnO7dEBs]
Kamerunla qarşılaşmadan Bakıya geri dönən Syerra-Leone millisinin üzvü Julius Vobaydan gedir. Onun vəziyyəti barədə məlumatları aktual edən Syerra-Leonenin Ebola virusunun ən çox yayıldığı ölkələrdən biri olmasıdır.
Vobayın millidəki komanda yoldaşı Con Kamara isə Yunanıstanın ikinci dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb. Ona 21 günlük karantin müddətində komanda üzvləriylə təmasda olmamaq göstərişi verilib.
Bəzi informasiya agentliklərinin az qala Ebola daşıyıcısı adlandırdığı Julius Vobayın bu gün İsmət Qayıbov adına stadionda məşqinin izləmək mümkün oldu.
Hazırda “Neftçi” futbol klubunda oynayan Syerra-Leonelu futbolçu Julius Vobay elə məşq prossesindədir. Və o öz komanda yoldaşlarıyla birlikdə meydançada məşq edir. Və ayın 26-sında keçiriləcək oyuna hazırlaşır.
Baxmayaraq ki, bir çoxları onun karantinə götürüldüyünü və oyunlarda iştirak etməyəcəyi ehtimallarını irəli sürürdü. “Neftçi” klubundan isə idmançıyla bağlı heç bir dəyişikliyin olmadığını deyirlər.
Heç Vobayın özündə də pisə doğru dəyişiklik yoxdur. Nə qaçış dəyişib, nə də məşqlərdə ki, aktivlik. Vobay haqqında yayılan xəbərləri bir o qədərdə xoş qarşılamayıb.
Bundan məmnun qalmayan futbolçu müsahibə verməyi də lazım bilmədi. Bizdə sadəcə olaraq onu müşahidə etməklə səhhətinin hansı vəziyyətdə olduğunu ayınlaşdırmağa çalışdıq.
Neftçi idman klubunun həkimləri isə futbolçunun səhhətinin normal olduğunu bildirdilər.
Neftçi futbol klubunun həkimi Rasim Qədiməliyev deyir ki, Julius Vobay ayın 17-dən Bakı şəhərindədir: “Bakıya qayıtdığı gündən, yəni komandanın düşərgəsinə qayıtdığı gündən qızdırması gündə iki dəfə ölçülür. Hazırda bu yoxladığımız günlər ərzində heç bir əlamət aşkar edilməyib. Qızdırması yoxdur. Hər gün komanda ilə məşqə çıxır. Hətta iştahına qədər nəzarətə götürülüb, hər şey öz qaydasında gedir”.
Vobayın nəzarətə götürülməsinə səbəb isə heç də onda virsusla bağlı hər hansısa göstəricilərin olması deyil. Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan sonra Bakıya geri dönən futbolçu ehtiyyat məqsədi ilə nəzarətə götürülüb. Çünki Vobay oyun boyu Syerra-Leone millisinin tərkibində öz məharətini göstərib. Həmin ölkə, yəni Syerra-Leon Ebola virusunun yayıldığı əsas ölkələrdən biri olduğundan klub rəhbərliyi bu cür ehtiyyatlı addım atmağı qərara alıb.