“Biz “Qarabağ”ın müdafiədə oynayacağını bilirdik”.
Axar.az Xsport-a istinadən xəbər verir ki, bu açıqlama ilə “Dnepr” futbol klubunun müdafiəçisi Artyom Fedeçkiy çıxış edib.
O, “Qarabağ”ın onları əks hücumlarda yaxaladığını bildirib:
“Biz ikinci hissədə situasiyanı düzəltmək istəyirdik, amma artıq qatar getmişdi. Biz nə isə etməyə çalışırdıq, lakin real qol imkanları əldə edə bilmədik. Hətta Messi və Ronaldo belə bu gün bizə kömək edə bilməzdi. Əgər Zozulya olsaydı, biz 3 qol vurub 3:0 hesabıyla qalib gələrdik. Stadionda 3 min insan var idi. Onlardan 2800-ü “Qarabağ”ın fanatı idi. Əgər biz evimizdə oynasaydıq, o zaman yalnız öz tərəfdarlarımızla “Qarabağ”ı torpağa basdırardıq”