Terrorçuların kürdlərin yaşadığı şəhərdə yeni görüntüləri yayılıb
Dünya Suriyanın Kobani şəhərinin 40 faizini ələ keçirən İŞİD terror qruplaşması üzvlərinin kürdlərin yaşadığı şəhərdə yeni görüntüləri yayılıb.
görüntülərdə boş qalmış küçələrdə İŞİD yaraqlılarının sərbəst şəkildə gəzməsi, binaların divarları arasında açdıqları dəliklərdən keçərək mövqelərinə getməsi əksini tapıb.
Həmçinin İŞİD yaraqlılarının rahat şəkildə Kobanidə gəməsi zamanı ABŞ təyyarəsinin səmada görüntülənməsi anı diqqət çəkib. Belə ki, İŞİD-in mövqelərini bombalamaq üçün səmaya qaldırılan B1-B təyyarəsi uçan zaman yaraqlıların heç nə olmamış kimi Kobanidə dolaşırlar.
Qeyd edək ki, görüntülərin İŞİD tərəfindən çəkilib yayılması ehtimal olunur.