Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Sağlam olmayan gənclər də əsgər gedəcəklər

29-04-2014, 18:36   
Sağlam olmayan gənclər də əsgər gedəcəklər
Azərbaycanda ilk dəfə olaraq Müdafiə Nazirliyi tərəfindən sağlamlıq imkanı məhdud olan gənclər üçün simvolik hərbi xidmət təşkil olunur.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirin təşkilində məqsəd sağlamlıq imkanı məhdud olan gənclərə simvolik əsgər həyatını yaşatmaq və onları hərbi xidmətlə tanış etməkdir.

Sabah Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 30 nəfər sağlamlıq imkanı məhdud olan gənc bir gün əsgər həyatını yaşayacaqlar.

Qeyd edək ki, analoji təcrübə Türkiyə, İran və bir sıra ölkələrdə mövcuddur. Türkiyədə hər il yüzlərlə sağlamlıq imkanı məhdud olan insan Silahlı Qüvvələrdə bir günlük hərbi xidmət keçirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar