14 yaşlı qız 3 gün ağzıbağlı saxlanılıb
Azərbaycanda 14 yaşlı qız gecə vaxtı evindən oğurlanıb.
Bu barədə 14 yaşlı Gülnarın anası Ruhiyyə Zeynalova bildirib.
Ana qeyd edib ki, qızı sonradan Kürdəxanıda bir evdə tapılıb. Ana hadisənin üstündən iki aydan çox keçməsinə baxmayaraq hadisəni törədənlərin hələ də tapılmamasından narahatdır.
“Hadisə ilə bağlı Tərtər rayon Prokurorluğu və Tərtər Rayon polis şöbəsinə müraciət etmişik. Polis şöbəsindən gəlib övladımdan izahat alıblar. Qızım izahatında onu oğurlayanların hansı vasitələrdən istifadə etdiyini maşının nömrəsinin necə dəyişdiklərini açıq-aydın göstərib. 14 yaşında övladım qorxudan xəstəlik tapıb. Mən özümü öldürmək həddinə çatmışam. Mən hadisəni törədənlərin tezliklə cəzalanmasını istəyirəm", - deyə o, qeyd edib.
Hadisə ilə bağlı Azərbaycan Respublika Baş Prokrorluğu və Daxili işlər Nazirliyinə müraciət etdik. Qurumların mətbuat xidmətləri ilə əlaqə saxladıq. Bildirildi ki, şikayətçi şəxs yaşadığı rayon üzrə polis şöbəsinə müraciət edib və hadisə araşdırılacaq. Məsələni diqqətdə saxlayırıq.