İŞİD-dəki azərbaycanlılar kütləvi şəkildə məhv ediləcək

28-10-2014, 00:40   
İŞİD-dəki azərbaycanlılar kütləvi şəkildə məhv ediləcək

Çeçenlər və azərbaycanlılar İŞİD-ə eyni kanalla cəlb edilir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz Feysbuk səhifəsində çıxış edib.
O, yaxın zamanlarda İraq və Suriyada azərbaycanlı yaraqlıların da məhv ediləcəyini deyib:

“Bir neçə gün əvvəl "İslam dövləti" (keçmiş İŞİD) təşkilatının sıralarında döyüşən çeçenlərdən 24-nün məhv edilməsi xəbəri yayıldı. İraq ordusunun saytında yerləşdirilmiş rəsmi məlumata əsasən, həmin 24 çeçen yaraqlısı Bağdadı su ilə təhciz edən kəməri partlatmağa hazırlaşarkən Fəlluca şəhəri yaxınlığında İraq aviasiyası tərəfindən məhv edilmişdir. Rəsmi məlumatda o da qeyd olunur ki, İraq ordusunun əvvəlcədən bu barədə müvafiq kəşfiyyat məlumatı olub. Çeçenlərin və azərbaycanlıların İraqla Suriyaya döyüşmək üçün eyni kanalla cəlb edilməsini nəzərə alsaq, yaxın zamanlarda həmin ölkələrdə döyüşən azərbaycanlıların da kütləvi şəkildə məhv ediləcəyi istisna deyil”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.