Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib
Futbol Bu gün Topaz Premyer Liqasında II dövrə başlayıb.
yubiley - X turun bütün oyunları eyni gündə baş tutacaq.
Artıq üç oyun başa çatıb. Paytaxt derbisində "Bakı" və "Neftçi" qarşılaşıb. İlk dövrədə rəqibini 1:0 hesabı ilə yenən "ağ-qaralar" bu dəfə 3:1-ə sevinib. Hesabı 38-ci dəqiqədə ilk matçdakı qələbə qolunu vuran Julius Vobay açıb. 55-ci dəqiqədə Nurlan Novruzov bərabərliyi təmin edib. 62-ci dəqiqədə Araz Abdullayev "Neftçi"ni yenidən hesabda önə keçirib. Sona 5 dəqiqə qalmış isə Kaue da Silva son qolu vurub.
Eyni saatın digər oyununda "Qəbələ" "Araz Naxçıvan"ın qonağı olub. Qəbələ təmsilçisi ilk oyunda olduğu kimi yenə 1:0 hesablı qələbəyə sevinib. Matçın yeganə qoluna 20-ci dəqiqədə ötən turda da fərqlənmiş Pavol Farkaş imza atıb.
Günün üçüncü oyunu saat 16:00-da başlayıb və "Sumqayıt" "Xəzər Lənkəran"ı qəbul edib. Hesabı 26-cı dəqiqədə Fernando Qabriel açıb. 42-ci dəqiqədə Məhəmməd Qurbanov bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə Alfred Sanko Lənkəran klubunun qələbə qolunu vurub - 2:1. Bununla da "Xəzər Lənkəran" ilk oyundakı məğlubiyyətin əvəzini çıxıb (0:1).
Hazırda turun son iki oyunu keçirilir. AZAL - "Simurq" la "İnter" - "Qarabağ" la qarşılaşır.
Premyer Liqa
2014/15 mövsümü
II dövrə, X tur
29 oktyabr
Bakı - Neftçi 1:3
Qollar: Nurlan Novruzov, 55 - Julius Vobay, 38. Araz Abdullayev, 62. Kaue da Silva, 85.
Araz Naxçıvan - Qəbələ 0:1
Qol: Pavol Farkaş, 20.
Sumqayıt - Xəzər Lənkəran 1:2
Qollar: Məhəmməd Qurbanov, 42 - Fernando Qabriel, 26. Alfred Sanko, 67.