İndoneziya Kuboku çərçivəsində keçirilən “Sleman” – “Slemaranq” oyunu səs-küyə səbəb olub. Lent.az-ın məlumatına görə, “Sleman”ın 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada idman mübarizəsi prinsipləri pozulub. Qeyd edək ki, bu görüşdəki 5 avtoqolun vurulması İndoneziya Futbol Federasiyasını təəccübləndirib. Nəticədə İFF hər iki komandanı turnirdən kənarlaşdırıb. Hər iki komandanın məğlubiyyət arzusunda olması qənaətinə gələn federasiya rəhbərliyi futbolçuların bilərəkdən müqavimət göstərmədiyini vurğulayıb.
Qeyd edək ki, qalib komanda növbəti mərhələdə yerli mafiya ilə sıx bağlı olan “Borneo” klubu ilə qarşılaşmalı idi. Görünür, həm “Sleman”, həm də “Slemaranq” klubları mafiyasının qorxusundan bu addımı atıb.