Terrorçu olduğu güman edilən gənc daşlanaraq öldürülüb
Dünya Konqonun Beni şəhərində İŞİD üzvü olduğundan şübhələndikləri bir adamı əvvəl daşlayaraq öldürüb, sonra da bədənini yandırıb yeyiblər.
Konqoda yerli əhali radikal bir qrup tərəfindən onlara edilən hücumun qisasını aldığını düşünərək, bu addımı atıblar.
İŞİD terror qruplaşmasının üzvü olduğu güman edilən həmin şəxsin kimliyi belə məlum deyil. sadəcə həmin şəxs mindiyi avtobusda yerli dili bilməməsi səbəbindən diqqətləri cəlb edib. Avtobusdan zorla yerə düşürülən gənc daşlanaraq öldürülüb. Daha sonra onun cəsədi yandırılıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.