Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Bu barədə ali məktəbin mətbuat xidmətindən məlumat verilib. Universitetin rektorunun imzaladığı əmrə əsasən Səadət Qəndilova ali təhsil ocağının tələbələrlə iş üzrə prorektoru təyin edilib.
Qeyd edək ki, Səadət Qəndilova 1988-ci ildən ADİU-da fəaliyyət göstərir, 1994-cü ildən “Menecment” kafedrasının dosentidir.