Azərbaycanda pornofilm çəkən şirkət- QALMAQAL

30-04-2014, 10:52   
Azərbaycanda pornofilm çəkən şirkət
Ölkədə fəaliyyət göstərən xüsusi qrupun iki film çəkdiyi deyilir, polis isə onları axtarır
Dünyada ən gəlirli sahələrdən biri pornofilm sənayesidir. İllərdən bəri milyard dollarlıq bir bazara sahib olan bu sənayenin əksər ölkələrdə qadağan edildiyi, bir çoxlarında isə azad şəkildə fəaliyyət göstərdikləri də məlumdur. Azərbaycanda isə….

Böyük pulların oynadığı bu sahəyə ölkəmizdə də maraq göstərən həvəskar qruplar varmış. Həmin məlumatlarda deyilir ki, özlərinə studiya yaratmış "rejissor"lar artıq bir ilə yaxındır fəaliyyət göstərirlər.

Mənbə bildirir ki, hələlik həmin filmləri birdən-birə satışa çıxarmaqdan ehtiyat edən "pornoçular" bunun üçün münasib zaman gözləyirlər. İndiyə qədər bir neçə film çəkdikləri təxmin edilən məsələ ilə bağlı bilgilər isə polisə çıxıb və hazırda hüquq mühafizə orqanlarının onları axtardığı deyilir.

Filmdə rol almış qız və oğlanların haradan gətirildiyi və hansı şərtlər daxilində anlaşma əldə edildiyi barədə isə heç bir məlumat yoxdur. Bu suala polisin araşdırmalarından sonra cavab veriləcək.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, pornofilm çəkilişi və yayımı qadağandır. Eyni zamanda, bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.