Xəbərdarlıq: sağ tərəf üstə yatın

4-11-2014, 00:00   

Sağ tərəfə yatmaq daha çox xeyirdir! Nəfəs darlığı çəkən və ürək narahatlığı olanlar yatarkən sağ tərəfə dönməlidir.

Bir tərəfə yatarkən burun dəliklərindən biri tıxanırkən digəri açılır və tənəffüs açıq olan burun dəliyindən həyata keçir.

Nəfəs alınan burun dəliyi ilə beynin yarımkürələri, sempatik-parasempatik sinir hüceyrələri arasında bir əlaqə olduğu da təsbit olunub.

Sağ tərəfə yatarkən burnun sol dəliyi nəfəs üçün açıq olur. Sol burun dəliyindən alınan nəfəs sayəsində sağ yarımkürənin fəaliyyəti artır. Sağ beyin yarımkürəsinin oyanması, parasempatik sinir sistemimizin fəaliyyətinin artmasına, ürək sürətimizin yavaşlamasına, təzyiqimizin düşməsinə, mədə-bağırsaq hərəkətlərinin yavaşlamasına səbəb olur. Ürəyimiz daha az yorulur, yuxuya getməmiz də asanlaşır.

Sol tərəfə yatılarsa, nə olar?

Sol burun dəliyinin tıxanması və sağ burun dəliyi ilə nəfəs alınması zamanı simpatik sinir sisteminin fəaliyyətində artım olur, insan həyəcanlanmış kimi olur, ürək sürətlə döyünür və tez yorulur. Həyəcan, ürək sürəti və təzyiqin artması rahat yuxuya mane olur. Yəni sol tərəfə yatılarsa, bədən tez yorular
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.